İndi:
Yumroo dünya  →  Mafiya klub  →  Benefis – Yeni ənənələr

Benefis – Yeni ənənələr

Çap
04.05.2009 12:17
Mafiya (ital. mafia) — gizli cəmiyyət, cinayətkar qrupplaşma, onlar məqsədlərinə çatmaq üçün  - oyunlardan, məxfi görüşlərdən, oyun masası arxasında oyunçuları qətlə yetirməkdən istifadə edirlər.

Qanunun cəzasından canlarını qurtarmaq üçün yüksək vəzifəli  şəxslərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına rüşvət verirlər, məmur qohumları ilə əlaqədən öz məqsədləri üçün istifadə edirlər.

2009-cu ilin aprelin 24-də Don Chiccho-nun yaxınları və tanışları üçün benefislə yadda qaldı.

Don Chiccho reytinq oyunlarının ilk mövsümünün lideri olaraq yüksək nəticə göstərmişdir.

Belə irimasştablı, hərtərəfli, xarizmatik, ağıllı və hiyləgər insana hər yerdə rast gəlmək mümkün deyil.

Qonaqlar yerlərində rahatlaşandan sonra möhtəşəm şou başladı. Don Chiccho qonaqları salamladı və möhtəşəm bir video nümayiş etdirdi. Video -  düşmənlərə aydın mesaj idi – Bizə yaxınlaşmayın, təhlükəlidir!

Canlı orkestrin ifasında səslənən mafiyasayağı musiqinin sədaları altında nəhayət ki, OYUN başladı. Aparıcının assistenti bu gecədə cazibədar Bonni idi. Bonni geyiminin müxtəlif yerlərindən oyun kartlarını çıxararaq qonaqları heyrətə gətirirdi.

Benefis gecədən xeyli keçmiş başa çatdı. İçilmiş şampanların sayı hesabı yox idi. Gecənin nə ilə bitdiyi isə məlum deyildi.

Bizim paparassilərimizin çəkdiyi şəkillərə burada baxa bilərsiniz















Eva
 

Mafiya klub → Digər məqalələr