İndi:
Yumroo dünya  →  Mafiya klub  →  Bizim də səsimiz var, biz də oxumaq istəyirik

Bizim də səsimiz var, biz də oxumaq istəyirik

Çap
02.06.2009 17:39
Bunun üçün karaokidə adi mahnı oxumaq  əsl mahnı müsabiqəsinə dönmüşdür.

Müsabiqədə iştirak etmək istəyənlərin sayının həddindən çox olmasına baxmayaraq, iştirakçılar münsiflər heyətinə əsl peşəkarları cəlb etməyə də nail olmuşdular.
Onlar: Bütün Azərbaycanın stilisti Fuad Hacıyev, mafiya klubla sıx əməkdaşlıq edən  “OK!” jurnalının baş redaktoru Könül Nağıyeva, gözəl şoumen Samir Ələsgərov və Detroyt klanının anderbossu Fərhad Aşurbəyli.

Bütün klanların üzvləri tədbirdə iştirak etdilər.


Səid Ağabalayevin ifasında lirik nahnılar, Tamerlanın gözəl səsi və Sevdanın temperamanti münsiflər heyətini və tamaşaçıları, hətta iştirakçı-rəqibləri belə laqeyd qoymadı. Elə qaliblər də onların arasından seçildi.

Yarımfinalda mahnısını inamla ifa edən Sevda xanım o qədər ifasının keyfiyyətinə əmin idi ki, rəqiblərinə bir şans verdi.
Bu şansı isə Tamerlan əldən vermədi.

Münsiflər qalibi müəyyən etmək üçün çətin bir seçim qarşısında qaldılar və nəticədə ... Sevda və Tamerlan ikisi də qalib adına layiq görüldülər!
Möhtəşəm şou mafiozisayağı – oyun masası arxasında başa çatdı.

Eva
 

Mafiya klub → Digər məqalələr